Boks əfsanəsi Məhəmməd Əli vəfat etdi

Məhəmməd Əli ilk dəfə dünya çempionu titulunu 1964-cü ildə qazanmışdı.

Şəklin mənbəyi, Kevin C. Cox Getty Images

Şəklin alt yazısı, Məhəmməd Əli ilk dəfə dünya çempionu titulunu 1964-cü ildə qazanmışdı.

74 yaşında vəfat etmiş Məhəmməd Əli ağır çəkidə üç dəfə dünya çempionu olmuş yeganə boksçu idi. Az qala 20 illik idman karyerası ərzində o 56 döyüşdə qəlib gəlmişdi və bunlardan 37-si nokautla olmuşdu.

O ilk dəfə dünya çempionu titulunu 1964-cü ilin fevralında özünün əsl adı ilə, üzərində qələbə qazanaraq almışdı. O vaxtadək peşəkar boksçu kimi onun cəmi 12 görüşü olmuşdu. O bu döyüşlərin hamısında qəlib gəlmişdi.

Əli 1967-ci ildə orduda xidmətdən imtina etməsi ilə əlaqədar çempion titulundan məhrum edilmiş, ona ABŞ ərazisində yarışmaq, habelə xaricə səfər etmək qadağan olunmuşdu.

Yarış qadağanının qaldırılması Əliyə 1974-cü ildə George Formanla döyüşdə çempion titulunu qaytarmaq imkanı vermişdi. 1978-ci ildə Leon Spinksə məğlub olduqdan sonra, elə həmin il təkrar döyüşdə çempion titulunu üçüncü dəfə qaytara bilmişdi.

Rinqdə döyüşçü

Məhəmməd Əli Kentukki ştatının Luisvil şəhərində tərtibatçı rəssam Cassius Clay-in və evdar qadın Odessa Clay-in ailəsində doğulub.

12 yaşında uğurlu boks karyerasına başlayan oğul Cassius Clay 1960-cı ildə yarımağır çəkidə olimpiya qızılını qazanıb.

Əli döyüşdən əvvəl bir qayda olaraq rəqibin necə məğlub olacağını deyər və bu, adətən baş verərdi.
Şəklin alt yazısı, Əli döyüşdən əvvəl bir qayda olaraq rəqibin necə məğlub olacağını deyər və bu, adətən baş verərdi.

Olimpiya oyunlarındakı qələbədən sonra Əli peşəkar boksçu karyerasına başlayıb. Bu karyera ərzində o müntəzəm qələbələr qazanıb və özünüreklamın unikal nümunələrini göstərib.

Əli döyüşdən əvvəl bir qayda olaraq rəqibin necə məğlub olacağını deyər və bu, adətən baş verərdi.

O 1964-cü ilin fevralında Sonny Listona 6-cı raundda qəlib gələrək ağır çəkidə dünya çempionu olub. Növbəti üç ildə 9 yarışda qəlib gələrək bu titulu qoruyub.

Elə həmin il o adını və dinini dəyişərək Məhəmməd Əli edib. Bu addıma onu həmin vaxt ABŞ-da genişlənməkdə olan qaradərili müsəlman hərəkatı sövq etmişdi.

Orduda xidmətdən imtina etməsi onun karyerasında birinci mərhələnin sonu olmuşdu. Dünya Boks Assosiasiyası onun çempion titulunu alıb Joe Fraser-ə vermişdi. Əli həbsxanaya düşməmək üçün cərimə ödəm və idman karyerasını dayandırmalı olmuşdu.

Əli bir neçə ildən sonra rinqə qayıtmış və 1974-cü ildə Joe Fraser üzərində parlaq qələbə qazanmışdı. Buna baxmayaraq dünya çempionu titulu ona qayıtmamışdı. Beləki bundan əvvəl Joe Fraser çempion titulunu George Formana uduzmuşdu.

O, 1974-cü ilin oktyabrında Zairdə keçirilən döyüşün səkkizinci raundunda Formanı nokauta salaraq ağır çəkidə dünya çempionu titulunu qaytarmışdı. Əlinin o zaman 32 yaşı vardı və o çempion titulunu qaytara bilmiş ikinci boksçudur.

1975-ci ilin oktyabrında Joe Fraser çempion titulunu qaytarmaq üçün Manilada Məhəmməd Əli ilə rinqə çıxmış, lakin uğur qazana bilməmişdi.

Brejnevdən hədiyyə

Əli 1974-cü ilin oktyabrında Zairdə keçirilən döyüşün səkkizinci raundunda Formanı nokauta salaraq ağır çəkidə dünya çempionu titulunu qaytarmışdı.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Əli 1974-cü ilin oktyabrında Zairdə keçirilən döyüşün səkkizinci raundunda Formanı nokauta salaraq ağır çəkidə dünya çempionu titulunu qaytarmışdı.

1978-ci ildə Soyuq müharibənin ən qızğın vaxtında Məhəmməd Əli, SSRİ İdman Komitəsinin dəvəti ilə Sovet İttifaqına gəlmişdi. Burada ona daha çox “sülh və qaradərililərin hüquqları uğrunda mübariz” kimi baxır, lakin əlbəttə boksçu kimi hörmət edirdilər. Sovet televiziyası onun ağır çəkili sovet boksçuları Pyotr Zayev, Yevgeni Qorstkov və İqor Vısotski ilə sparrinqlərini (məşq tipli yoldaşlıq görüşü) yayınlamışdı.

Şahidlər xatırlayırlar ki, bunlar, əlbəttə əsl döyüş deyildi və bunlardan hər birində Əli müxtəlif stillər nümayiş etdirir və bəzən özünü dəliliyə qoyurdu. Üç dəqiqəlik raundlar Zayevin qələbəsi, Əlinin Qorstkova məğlubiyyəti və Vısotski ilə heç-heçə hesabı ilə başa çatmışdı.

Onu şəxsən Brejnev qəbul etmiş, ona özünün “Kiçik torpaq” kitabını və “yadigar saat” bağışlamışdı. Bütün bunlar barədə Məhəmməd Əli vətənə qayıtdıqdan sonra keçirdiyi mətbuat konfransında danışmışdı. Lakin sovet mətbuatı həmin səfər zamanı onun Özbəkistanda olmasından, Uluqbəyin rəsədxanasına və məsçidə baş çəkdiyindən bir elə də yazmamışdı.

Həyatda da döyüşçü

1976-cı ilin payızında Əli böyük idmandan getmək və özünü dinə həsr etmək planlarını açıqlamışdı. İctimaiyyət bu bəyanata inanmamış və doğrudan da bir qədər sonra o yeni döyüş elan etmişdi.

1978-ci ildə keçirilən matçda Əli daha gənc Leon Spinksə uduzmuş, lakin 8 aydan sonra xal hesabı ilə inamlı qələbə qazanaraq titulunu geri qaytarmışdı. Bir çoxları onun öz karyerasını çempion kimi başa vurmasını arzulasalar da, boksçu bu qərarı elə hey təxirə salır, vaxtının çoxunu həm də kinematoqrafa həsr edirdi.

Lakin 1980-ci ildə Larry Holmes-a və 1981-ci ilin dekabrında Trevor Berbick-ə məğlub olduqdan sonra Əli öz idman karyerasının başa çatdığını elan etdi.

1984-cü ilin aprelində Əli bəyan etmişdi ki, öz məşhurluğundan dinini təbliğ etmək üçün istifadə edəcək, lakin indi medianın diqqəti daha çox onun səhhətinə yönəlmişdi. Onda nitq çətinliyi yaranmış, yerişi qətiyyətini itirmiş, halsızlıq əmələ gəlmişdi.

Məhəmməd Əli xanımı Yolanda Williams-la 2012-ci il London Olimpiya Oyunlarının açılışında.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Məhəmməd Əli xanımı Yolanda Williams-la 2012-ci il London Olimpiya Oyunlarının açılışında.

Həkimlər Əliyə Parkinson diaqnozu qoymuşdular, amma vəd etmişdilər ki, o dərmanlarını qəbul etsə nisbətən normal həyatını yaşaya biləcək.

1989-cu ilin oktyabrında George Forman və Joe Fraser-lə birlikdə “Həmişk çempion” filminin reklam kampaniyasında Əli xəstəliyin aşkar təsirinə baxmayaraq kəskin ağıl nümayiş etdirməkdən yorulmadığını göstərmişdi.

Böyük idmandan getdikdən sonra Məhəmməd Əli xeyriyyə aksiyalarında fəal iştirak edir, keçmiş idmançılar, habelə Çikaqoda onun adını daşıyan müsəlman məktəbi üçün vəsait toplayırdı.

O 1980-ci ildə prezident Jimmy Carterin Afrikadakı xüsusi nümayəndəsi kimi Moskvada keçirilən Olimpiya oyunlarının boykotunu dəstəkləməyə çağırmışdı.

O Sülh Korpusu Məşvərət Şurasının üzvü, Banqladeşin Çikaqodakı fəxri konsulu olmuşdu. Əli 4 dəfə evlənib və 6 uşağı olub (uşaqların 4-ü ikinci, 2-si isə üçüncü nikahdandır).

Məhəmməd Əlinin qızı - boksçu Laila Əli 24 döyüşdə 24 qələbə qazanıb.

Şəklin mənbəyi, AFP Getty Images

Şəklin alt yazısı, Məhəmməd Əlinin qızı - boksçu Laila Əli 24 döyüşdə 24 qələbə qazanıb.

Məşhur boksçunun həyatı: Rəqəmlər və faktlar

Cassius Marcellus Clay 1942-ci ilin 17 yanvarında ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində doğulub. 1960-cı ildə yarımağır çəki kateqoriyasında, 1964-cü ildə isə artıq ağır çəkidə və peşəkar boksçu kimi Olimpiya çempionu adını qazanıb.

1964-cü ildə çempion titulunu qazandıqdan sonra adını dəyişib Məhəmməd Əli edib. 9 uğurlu döyüşdən sonra, 1967-ci ildə hərbi xidmət keçməkdən imtina etməsi ilə əlaqədar tituldan məhrum edilib. 1974-cü ildə, 32 yaşında George Formanla döyüşdə titulunu qaytara bilib.

10 uğurlu döyüş keçirdikdıən sonra 1978-ci ildə çempion titulunu Leon Spinksə uduzub. Səkkiz ay sonra, 1978-ci ildə Spinksə qəlib gələrək təkrar çempion olub, lakin 1979-cu ildə karyerasının bitdiyini elan edib. 1980-ci ildə Larry Holmes-la çempionluq döyüşü üçün idmana qayıdıb; Əli döyüşü 10-cu raundda başa çatdırıb. 1981-ci ildə Trevor Berbick-lə daha bir uğrusuz döyüşdə olub.

1999-cu ildə Məhəmməd Əli "Əsrin İdmançısı" və "Əsrin İdman Şəxsiyyəti" adına layiq görülmüşdü.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, 1999-cu ildə Məhəmməd Əli "Əsrin İdmançısı" və "Əsrin İdman Şəxsiyyəti" adına layiq görülmüşdü.