Rusiya inqilabına aid 10 plakat

1917-ci il Rusiya İnqilabı dəhşətli bir hadisə olmaqla yanaşı, böyük yaradıcılıq dalğası da yaradıb. Kütlələri inqilaba səsləyən siyasi plakatların bir il ərzində necə dəyişdiyini görə bilərik.

“Azadlıq Borcu”

Şəklin mənbəyi, sovrhistory.ru

Şəklin alt yazısı, “Azadlıq iztiqrazı” Boris Kustodiyevin bu məşhur rəsmində tüfəngli əsgər, rusiyalıları Birinci dünya müharibəsinə maliyyə dəstəyi göstərməyə çağırır. 1917-ci ilin fevralında istiqrazı reklam etmək məqsədilə məsələ plakat halına salınır və bu əsgərin şəkili oktyabra kimi bütün plakatları bəzəyir. BBC Rusiya Mərkəzi Dövlət Müasir Muzeyinin İncəsənət bölməsinin direktoru Vera Panfilovadan on klassik plakat seçməsini xahiş edib. Materiyalı BBC Rus Xidmətindən Aleksandra Semyonova hazırlayıb.
İnqilabi günlər

Şəklin mənbəyi, sovrhistory.ru

Şəklin alt yazısı, BBC Rus Xidməti, Rusiya Mərkəzi Dövlət Müasir Muzeyinin İncəsənət bölməsinin direktoru Vera Panfilovadan on klassik plakat seçməsini xahiş edib.1917-ci ilin martında Moskvanın Voksresenskaya Meydanı və şəhərin parlament binası inqilabi yürüşlərin mərkəzi nöqtəsinə çevrilir. Bu plakat, insanların inqilaba həvəsi və ondan gözləntisini əks etdirir. Onlar üçün inqilab yeni dövrün bir başlanğıcı idi. Və ən maraqlısı, bütün bunlar davam edən müharibə fonunda baş verirdi.
Aparıcı fiqur

Şəklin mənbəyi, sovrhistory.ru

Şəklin alt yazısı, Bu əslində plakat da deyil. Rusiyada güdrətin şəxsin təcəssümündə təsvir edildiyi vərəqədir. Bu kişilər Müvəqqəti hökumətin üzvləri olan günün aparıcı siyası şəxsiyyətləridir. Duma Sədri Mixail Rodzianko ortada yer alır. Hökumətin ilk sosialist üzvü və gələcək rəhbəri Aleksandr Kerenski aşağıdan solda oturub. Yuxarıda isə silahlı kişilər əllərində şüar tutublar: “Vətən və Azadlıq!” və “Hüquqlarınızı Yalnız Mübarizə Yolu ilə Qazana Bilərsiniz!” Hələ ki, bolşeviklər gözə dəymir.
Dəyişən külək

Şəklin mənbəyi, sovrhistory.ru

Şəklin alt yazısı, Bu, inqilabdan əvvəl yazıçı Maksim Qorkinin əsasını qoyduğu solçu Parus nəşriyyatına məxsusdur. Onların plakatları adətən Vladimir Mayakovski və Aleksey Radakov kimi tanınmış şair və yazıçılar tərəfindən yaradılırdı. Yuxarıdakı rəsmdə burjuaziyanı müdafiə edən əsgər üçün yazılıb: “Bu müdafiə etməklə mükəlləf əsgər idi.” İkinci, inqilabdan sonrakı şəkildə “Vətən və Azadlıq!”, “Demokratiya və Respublika!” və “Azadlıq!” şüarlarını görmək olar. Başlıqda yazılıb: “Bu isə müdafiə ilə mükəlləf bu günkü əsgərdir.”
Yüksələn günəş

Şəklin mənbəyi, sovrhistory.ru

Şəklin alt yazısı, 1917-ci ilin martında çar II Nikolay hakimiyyətdən əl çəkərək Müvəqqəti Hökumət yaradır. Bu plakatın adı belədir: “Xalqın qələbəsi.” Çar hakimiyyəti silahlı əsgər və silahlı işçi kimi simvolizə edilən inqilabi qüvvələrə təslim verir. Arxada isə Dövlət Dumasının deputatlarının görüşdüyü Tavrida Sarayı təsvir edilib. Yuxarıda isə yüksələn günəş: azadlığın simvolu. Bu simvol dövrün afişalarında dəfələrə əks olunub.
Sosial piramida

Şəklin mənbəyi, Sovrhistory.ru

Şəklin alt yazısı, Bu da Parusda çap edilən Mayakovski-Radakovun digər birgə işidir. Əslində bu karikaturadır. Afişada kürkünü insanların üstünə sərməyə çalışan çarı görmək olar. Yuxarıdan aşağıya yazılıb: “Biz hakimik. Biz sizin üçün dua edirik. Biz sizi mühakimə edirik. Biz sizi qoruyuruq. Biz sizi qida ilə təmin edirik. Və siz işləyirsiniz.” 1917-ci ilin yazına qədər olan bütün satirik rəsmlər dinə qarşı və əks-inqilabi olub və birbaşa çar Nikolay və onun xanımına qarşı yönəlib.
Kampaniya

Şəklin mənbəyi, sovrhistory.ru

Şəklin alt yazısı, 1917-ci ilin payızında Rusiyada ilk dəfə ümummilli seçkiləri üçün kampaniyaya başlanılır. Kampaniya şiddətli olduğu qədər, barışmaz idi. Onlarla təşkilat seçkiyə qoşulsa da, ən böyük Sosialist İnqilab Partiyası idi. Onların afişasında yazılırdı: “Yoldaş vətəndaşlar! Konstitusiya məclisinin açılış günündə nümayişlərə hazır olun!”
“Demokratiya anarxiyanı məğlub edəcək!”

Şəklin mənbəyi, sovrhistory.ru

Şəklin alt yazısı, Bu yazı Kadet partiyasının təqdim etdiyi afişada heyvani və mifoloji şəkillərlə birgə yazılıb: böyük kərtənkələ anarxiyanı və ağ atlı cəngavər demokratiyanı təcəssüm etdirirdi.
Zəncirləri qırın

Şəklin mənbəyi, sovrhistory.ru

Şəklin alt yazısı, Sosialist İnqilab Partiyasının seçki plakatı çox sadə idi. Onların qayəsi işçi və kəndlilərə xitab etmək idi. “Sosialist İnqilab Partiyası – Hüquqlarınızı Yalnız Mübarizə Yolu ilə Qazana Bilərsiniz!” Onların kampaniyası kifayət qədər səriştəli hazırlanmışdı. Qələbədə “Vətən və azadlıq!” və “Zəncirləri qırın və bütün dünya hür olacaq!” şüarlarının böyük rolu olmuşdu.
Gecikən partiya

Şəklin mənbəyi, sovrhistory.ru

Şəklin alt yazısı, Bolşevik Partiyası (RSDFP) plakat oyununun ən gec tərpənən iştirakçısı olub. Bu 1917-ci il seçki kampaniyası afişasında yazılıb: “RSDFP siyahısına səs verin.” 1917-ci ilin noyabrında başlayan vətəndaş müharibəsi zamanı onlar da cərəyanla ayaqlaşmağa başlaya bilirlər. Mayakovski və Radakov da daxil olmaqla bir qrup Sovet rəssamı məşhur "Okna ROSTA" "markasını" yaradır. Plakatlar son dərəcə sadə və mesajlar qısa, kəskin və aydın idi. "Okna ROSTA" Sovet təbliğatının bir növ möhürünə çevrilir və az keçmədən qlobal klassik dizayn kimi qəbul edilməyə başlanır.