Putin ilk dəfə seçkiləri qazanan zaman Rusiyada həyat necə idi?

Putin və Clinton

Şəklin mənbəyi, Tass

Şəklin alt yazısı, 2000-ci ildə Moskva ilə Qərb arasında münasibətlərin yaxşılaşdığı görünürdü
    • Müəllif, Georgi Neyaskin, Olesya Volokova
    • Vəzifə, BBC Rusca
  • Oxuma vaxtı: 4 dəq

İnsanlar mahnılara disklərdə və kasetlərdə qulaq asırdılar. "Brat-2" filmi ekranlara yeni çıxmışdı, hər 5 rusiyalıdan biri "internet" sözünü bilmirdi.

Vladimir Putin ilk dəfə prezident seçkilərini qazanan zaman, 2000-ci ildə Rusiyada həyat belə idi.

2000-ci ildə Rusiya əhalisinin 4 faizi internetdən istifadə edirdi. "İctimai rəy " fondu tərəfindən aparılan sorğuda respondentlərin 20 faizi "internet" sözünü ilk dəfə eşitdiyini söyləmişdi.

Служба банков данных ИТАР-ТАСС. Фотография сделаны 1 августа 1999 года

Şəklin mənbəyi, Boris Kavashkin/TASS

Şəklin alt yazısı, Əsrin əvvəlində kompüterlər belə idi. Çoxları informasiya daşıyıcısı olaraq disketdən istifadə edirdilər

Bir qayda olaraq, evdən internetə mövcud telefon şəbəkəsi vasitəsilə qoşulurdular. Bundan ötrü modem və müəyyən balansa malik "şərti vahidli" kart almaq lazım idi. Çünki o vaxtkı qiymət siyahısında rubla çevirməli olan ABŞ dollarının ekvivalenti yazılırdı (1 ş.v. adətən 25-30 rubla bərabər idi).

На снимке карточки "Стрима", который появился только в 2004 году
Şəklin alt yazısı, İnternetə qoşulmaq üçün kartlar 2004-cü ildə yaranmışdı

Modem hər dəfə qoşulmazdan əvvəl şəbəkəyə daxil olmaq üçün özünə xas səs çıxardaraq sistemə "zəng vururdu". İnternetin sürəti elə vəziyyətdə idi ki, hətta adi şəkillər belə bir neçə dəqiqə ərzində yüklənirdi.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Bir çox servislər və sosial şəbəkələr o zaman yox idi, hansı ki, hal-hazırda onlarsız interneti təsəvvür etmək çətindir.

BBC-nin Rus xidmətinin saytı isə belə görünürdü.

Скриншот главной Би-би-си

2000-ci ildə Finlandiyanın Nokia şirkəti tarixdə ən çox satılan telefonlardan birini - 3310 mobil telefon modelini təqdim etdi. 7 il sonra Apple-ın mərhum başçısı Steve Jobs ilk iPhone-u - klaviaturasız sensor ekranlı smartfonu təqdim etdi.

Siyasət

Seçkilərdən az sonra Putin şəxsən dövlət başçıları ilə, ABŞ prezidenti Bill Clinton-dan tutmuş Şimali Koreya lideri Kim Çen İr və Kuba lideri Fidel Castro ilə tanış olmuşdu. Elə həmin il Rusiyaya səfər edən Böyük Britaniya baş naziri Tony Blair Moskva restoranlarından birində Putinlə araq içmişdi.

Şəkillərdə iki ölkə liderinin qarşılıqlı rəğbəti əks olunub.

Путин и Блэр

Şəklin mənbəyi, Vladimir Rodionov, Sergei Velichkin/ITAR-TASS phot

2018-ci ilin martında Britaniya 23 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul etdi. Sonuncu dəfə London Moskvaya qarşı belə qəddar addımı 1985-ci ildə atmışdı. Həmin vaxt Rusiya Xarici İşlər Nazirliyinin 31 əməkdaşı vətənə qayıtmağa məcbur olmuşdu.

Blair-dən sonra Britaniya baş naziri postuna iki siyasi partiyadan olan 3 nəfər başçılıq edib.

Mədəniyyət

Baş rolda kiçik Sergey Bodrovun çəkildiyi, rejissor Aleksey Balabanovun "Brat -2" döyüş filmi ekranlara yeni çıxmışdı.

Брат-2

Şəklin mənbəyi, СТВ

Bu, Bodrovun son filmi oldu: o, iki il sonra Karmadon dərəsində itkin düşdü. Rejissor Balabanov isə 2013-cü ildə 54 yaşında vəfat etdi. Rusiya rok-qruplarının hitlərindən olan filmdə səslənən saundtrek xüsusi məşhurluq qazanmışdı.

Брат-2 - музыка
Şəklin alt yazısı, "Brat-2" filminin saundtreki

Harry Potter-in kitabları əsasında çəkilən ilk filmin ("Harry Potter və fəlsəfə daşı") ekranlara çıxmasına bir il qalmışdı.

HP

Şəklin mənbəyi, Warner Bros., Heyday Films

Şəklin alt yazısı, Harry Potter rolunun ifaçısı Daniel Radcliffe-nin (ortada eynəkli) bu il 29 yaşı tamam olur

İqtisadiyyat

28 rubl 31 qəpik - seçkilər günü Rusiya Mərkəzi Bankının rəsmi dollar məzənnəsi (26 mart 2000-ci il).

Аверсы банкноты и монет существенно не изменились за 18 лет

Vahid Avropa valyutası - avro, əskinaz və banknot şəklində yalnız iki il sonra ortaya çıxdı. Ona görə də Avropa ölkələri valyutalarının ölkəyə gəlişi davam edirdi.

Onlardan ən çox yayılanı isə alman markası idi.

September 2, 1999. View of the entrance to a currency exchange office in Moscow

Şəklin mənbəyi, Boris Kavashkin/TASS

Şəklin alt yazısı, Rusiyada valyuta mübadiləsində avro əvəzinə qitənin ən böyük iqtisadi ölkəsinin - Almaniyanın valyutası satılırdı

Putinin seçildiyi ilk iki prezidentlik müddəti ərzində neft qiymətlərinin qalxması ilə yanaşı Rusiya iqtisadiyyatı da sürətlə inkişaf etdi və nəticədə əhalinin gəlirləri də artdı.

Restorana getmək, o cümlədən fast-food şəbəkələrinə getmək əhalinin böyük hissəsi üçün təmtəraq hesab edilirdi.

Rusiya pasportu olan sıfır dollarlı milyarderlər Forbes jurnalının siyahısında vardı. 2018-ci ildə həmin siyahıya 101 rusiyalı daxil olmuşdu. Onlardan ən gənci, "VKontakte" və Telegram-ın yaradıcısı 33 yaşlı Pavel Durov idi. 2000-ci ildə Durov hələ orta təhsilini belə bitirməmişdi.

Rusiya Forbes-nin ilk "qızıl yüzlük" siyahısı 2003-cü ilin nəticələrinə görə tərtib edilmişdi. Həmin vaxt ən zəngin rusiyalı Mixail Xodorkovskiy elan edilmişdi. Nəticədə məhkum edilən zəngin rusiyalı demək olar ki, bütün sərvətini itirmişdi.

Ходорковский и Дуров

Şəklin mənbəyi, Yuri Mashkov/TASS; Getty Images

Şəklin alt yazısı, Xodorkovskiy Rusiyada zəngin adam olan zaman Pavel Durov universitetin 1-ci kursunu bitirmişdi

Rusiyada qumar oyunlarına icazə verilmişdi. Təkcə Moskvada 40 kazino qanuni fəaliyyət göstərirdi. 2006-cı ildə Putin 4 oyun ərazisi istisna olmaqla, bütün Rusiya ərazisində qumar oyunlarını qadağan etdi.

Первый профессиональный конкурс красоты "Мисс крупье России"

Şəklin mənbəyi, Boris Kavashkin/TASS

Şəklin alt yazısı, 2000-ci ildə Rusiya kazinoları işçiləri arasında gözəllik müsabiqəsi