Vladimir Putin İlham Əliyevə zəng edib
Vladimir Putin İlham Əliyevə zəng edərək Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən köməyə görə ona təşəkkür edib, Kreml bildirib.
Rusiya Prezidenti İrana göndərdikləri humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə də azərbaycanlı həmkarına təşəkkür edib.
Azərbaycan Prezidentinin mətbuat xidməti bildirib ki, dövlət başçıları strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsində qarşılıqlı niyyətlərini təsdiqləyiblər.
Hər iki ölkənin rəsmi qurumlarının yaydığı məlumatda prezidentlər arasında Naxçıvana dron zərbəsi ilə bağlı hər hansı müzakirənin olub-olmadığı bildirilmir.
Martın 5-də Naxçıvanda baş vermiş dron zərbəsindən sonra bir çox ölkə başçıları İlham Əliyevə zəng edərək həmrəyliklərini bildirmişdilər.



