Neftin qiymətində artım zəifləyib

Videonun alt yazısı, Neftin qiymətində artım zəifləyib
Neftin qiymətində artım zəifləyib

Neftin qiyməti çərşənbə axşamı günü 105 dollardan enərək bir barel üçün təxminən 103 dollar səviyyəsində qərarlaşıb.

İraqın neft naziri İranla danışıqlar apararaq Hörmüz boğazından bəzi tankerlərin keçməsinə icazə verilməsini istədiklərini bildirib, İraq rəsmiləri deyiblər.

Bundan başqa, Reuters yazır ki, aparıcı Çin neft şirkətləri də Rusiya xam neftinin tədarükçüləri ilə maraqlanmağa başlayıblar.