Sisyanlı nənə Paşinyanı heyrətə gətirib

Sisyanlı nənə Paşinyanı heyrətə gətirib

Sisyanlı yaşlı qadın baş nazir Nikol Paşinyanı heyrətə gətirib.

Qadınla Paşinyan, özünün dediyinə görə, partiyadaxili seçki kampaniyası çərçivəsində növbəti səfər zamanı rastlaşıb.

Hal-əhval soruşaraq Paşinyan qadının işlədiyi kitabxanaya daxil olub.

- Necəsiniz? İşləriniz necədir? Bilirsiniz bu, nədir? - deyə, Paşinyan qadına Ermənistan xəritəsi şəklində hazırlanmış döş nişanı hədiyyə edib.

- Aprelin birindən pensiyaların artacağını bilirsinizmi? Bəs bilirsinizmi ki, tibbi sığorta tətbiq edilib? Bəs bilirsinizmi, nağdsız alver etsəniz, müəyyən faizi hesabınıza oturacaq?

Birdən Paşinyanın gözü masa üzərindəki kitaba sataşır.

- Nə oxuyursunuz, anacan?.. baxın bir, nənə nə oxuyur. Bir bura baxın. Camaat, bura gəlin. Gəlin, gəlin, hamınız gəlin!

Paşinyan qadının ad-soyadını soruşur və masa üzərindəki kitabı götürür.

- Baxın bir Seda nənə nə oxuyur...- deyə Paşinyan Elon Masck-ın "Gələcəyə yol" kitabını göstərir.