Freedom House:"20 ildir Azərbaycanda avtoritarlıq güclənib"

Videonun alt yazısı, Freedom House:"20 ildir Azərbaycanda avtoritarlıq güclənib"
Freedom House:"20 ildir Azərbaycanda avtoritarlıq güclənib"

2005-ci ildən bəri Azərbaycanda Prezidenti İlham Əliyev və onun geniş ailəsindən ibarət avtoritar idarəçilik möhkəmlənib, Freedom House son hesabatında göstərir.

Washingtonda mənzillənən təşkilat hesabatını "Dünyada Azadlıq 2026: Avtoritarizmin Artan Kölgəsi" adlandırıb.

Azərbaycan hakimiyyətinin bu hesabata münasibəti hələ bəlli deyil.

Freedom House bildirir ki, Əliyev hakimiyyəti atasından alıb, konstitusiyaya dəyişikliklər etdirərək prezident səlahiyyətlərini genişləndirdirib, prezidentlik müddətini artırıb, qalan azacıq qanunverici və ya məhkəmə müstəqilliyini daha da zəiflədib.

"Müstəqil məhkəmə və ya media olmadığı şəraitdə korrupsiya artmağa davam edib", - hesabatda bildirilir.

Deyilir ki, Əliyev ailəsi dövlət əmlakını şəxsi varlanma mənbəyi kimi istifadə edib.

Azərbaycan hakimiyyəti belə hesabatları qərəzli və qeyri-obyektiv adlandırır, tez-tez bəyan edir ki, Azərbaycan demokratik üsullarla idarə olunur, hər kəsin seçmək və seçilmək hüququ var, korrupsiyaya yol verənlər məsuliyyətə cəlb olunurlar.