"Anqır ki, çoxlu baxış qazanasan", - Paşinyan və Koçaryan arasında söz atışması

Videonun alt yazısı, "Anqır ki, çoxlu baxış qazanasan", - Paşinyan və Koçaryan bir-birinə
"Anqır ki, çoxlu baxış qazanasan", - Paşinyan və Koçaryan arasında söz atışması

"Cənab Koçaryana təklif edirəm eşşək kimi anqırsın. Amma həvəslə. Görək nə neçə baxış qazanar. Mərc gəlirəm ki, mövcud orta statistik baxışlar sayından artıq olmaz.

Ermənistanın Baş naziri Nikol Paşinyan belə təkliflə qarşıdan gələn parlament seçkilərində rəqiblərindən biri – keçmiş prezident Robert Koçaryana müraciət edib.

Daha əvvəl Robert Koçaryan nəzarəti altında olan televiziya kanalında rişxəndlə bəyan edib ki, Paşinyanın bölgə səfərləri sosial mediada baxışlar qazanmaq üçün keçirilən şoudur.

Robert Koçaryan deyib: "Əgər hər hansı bir siyasətçi, tanınan bir şəxs, kobud desək, eşşək kimi anqırsa - həvəslə anqırsa, düşünürəm ki, milyonlara baxış qazanar".

Seçki kampaniyasının startı verilməmiş Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası və digər qüvvələr təbliğat kampaniyasıa qatılıblar.

Bu günlər Robert Koçaryan da tərəfdarları ilə görüşlər keçirib. O, mövcud hakimiyyəti bacarıqsız adlandırır:

"Onlar xalqa başqa nə deyə bilərlər ki? Məsələn, ciddi bir diskussiya zamanı xalqa deyiləsi heç bir ciddi sözü yoxdur. Ciddi bir müzakirə zamanı Qarabağın itkisini necə izah edəcəklər? Hakimiyyətdə olduqları 8 ildə 3 müharibə gətirdilər, 5 min ölüm üçün necə cavab verəcəklər?"

Sakinlərlə mütəmadi görüşlərini davam etdirən Paşinyan isə açıq bəyan edir ki, onun rəhbərlik etdiyi seçkilərdə ən azı 60 faiz qazanmasa, müharibə olacaq:

"Sentyabrda müharibə olacaq. Fəlakətli müharibə... Əgər Vətəndaş müqaviləsi böyük üstünlüklə qalib gəlməsə".