Döyməsi olan Mardin və Şanlıurfa qadınları

Reuters agentliyi Türkiyənin cənub-şərq bölgəsində döyməsi olan qadınların şəkillər silsiləsini hazırlayıb. Fotoqraf Ümit Bektaş həmin şəkilləri Şanlıurfa və Mardin bölgəsində çəkib.

"Türkiyənin döyməsi olan qadınları" adlı fotoalbomu açan ilk şəkil Mardinin Kızıltepe rayonundakı Dikmen kəndində çəkilib. Görüntüdə Hedla Göçmen körpə nəvəsini yırğalayır.

Alakuş kəndinin 84 yaşlı sakini Ayşe Yusufoğlu deyir ki, qızlar gənc oğlanların diqqətini cəlb etmək üçün ana südü ilə his qarışığından hazırlanmış məhlulla üz, əl və ayaqlarına iynə ilə döymə vurarmışlar.

Urfa rayonunun kəndində yaşayan 87 yaşlı Hulu Aydoğdu da öz döymələrini göstərir. Gənç qızlar döymələr üçün günəş, ay və ya daraq kimi təsvirləri seçərmiş.

Hulu Aydoğdu deyir ki, döymə məhlulu üçün süd analardan, his isə ocaqda istifadə edilən qazanların dibindən alınardı.

Ayşe Yusufoğlu və onun (sağdakı) bacısı 82 yaşlı Duri Yusufoğlu, Alakuş kəndindəki qohumlarına döymə vurmağı öyrədir.

70 yaşlı Fatma Doğru, əlindəki döymələri göstərir.

Bənzər döyməni 80 yaşlı Senem Doğrunun əllərində də görmək olar.

Ayşe Yusufoğlu ve bacısı Duri, öz döymələrindən danışarkən gülürlər.

Döymələrin rəngi vaxt keçdikcə solur.

Qadınlar baldır və ayaq barmaqlarına da döymə vururlar.

Fotoqraf: Ümit Bektaş (Reuters)