Keçmiş şahzadə Andrew sərbəst buraxılıb

Endryu

Şəklin mənbəyi, Reuters

Oxuma vaxtı: 3 dəq

Britaniya Kral ailəsinin üzvü Andrew vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək saxlanıldıqdan sonra azadlığa buraxılıb. Onunla bağlı istintaq davam edir.

Keçmiş şahzadə Andrew Mountbatten-Windsor fevralın 19-da səhər saatlarında saxlanmışdı.

Thames Valley polisi açıqlamasında bildirmişdi ki, "Təhqiqatın bir hissəsi olaraq bu gün Norfolk-da 60 yaşlarında bir kişini dövlət vəzifəsində qanun pozuntusuna yol verməkdə şübhəli olaraq həbs etmişik və Berkshire və Norfolk ünvanlarında axtarış əməliyyatları aparırıq".

Bu səhər Norfolk-da Sandringham Mülkünə polis maşınlarının gəldiyini göstərən fotolar yayılmışdı.

Polis bildirmişdi ki, milli qanunvericiliyə uyğun olaraq "hazırda nəzarətdə olan kişinin adını açıqlamayacaqlar".

endryu

Şəklin mənbəyi, Getty

Böyük Britaniya kralı III Charles-in qardaşı Andrew 2025-ci il oktyabrında "Şahzadə" titulundan məhrum edilib və o, Kral Malikanəsini (Royal Lodge) tərk edib. Lakin o, monarxın oğlu olaraq taxt-tac varisliyi sıralamasında səkkizinci yerdə qalıb.

Son aylarda o, ABŞ-da cinsi cinayətlərə görə məhkum olunmuş və həbsxanada intihar etmiş milyarder Jeffrey Epstein-lə əlaqələrinə görə daha çox təzyiqlərlə üzləşib.

Andrew ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

BBC Andrew-nun indiyə kimi yaşadığı Kral malikanəsində (Royal Lodge) araşdırma aparıldığını bildirmişid.

Daha əvvəl Thames Valley Polisi Norfolk və Berkşirdəki (Royal Lodge burda yerləşir) ünvanlarda axtarışların aparıldığını bildirmişdi.

Kral III Charles Andrew-nun həbsindən sonra deyir: "Qanun öz yolunu getməlidir"

Britaniya kralı III Charles keçmiş şahzadə Andrew-nun həbsindən sonra açıqlama yayıb.

O bildirib ki, "dərin narahatlıqla Andrew Mountbatten-Windsor-un və onun dövlət vəzifəsində sui-istifadə şübhəsi ilə bağlı xəbər" barədə eşidib.

"İndi bu məsələ müvafiq qurumlar tərəfindən tam, ədalətli və düzgün şəkildə araşdırılacaq. Bu işdə, əvvəllər də dediyim kimi, onlar bizim tam və ürəkdən dəstəyimizə və əməkdaşlığımıza sahibdirilər. Açıq şəkildə bildirmək istəyirəm: qanun öz yolunu getməlidir", - kral III Charles deyib.

O bildirib ki, bu proses davam edərkən, bu məsələ ilə bağlı daha çox şərh verməyi doğru olmazdı.

Kral əlavə edib ki, ailəsi və o, xidmət və vəzifəsini davam etdirəcək.

Keçmiş şahzadə Azərbaycana dəfələrlə səfər edib

Endryu Əliyev

Şəklin mənbəyi, Azərtac

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Andrew Mountbatten-Windsor 2001-2011-ci illərdə Britaniyanın Ticarət və İnvestisiya üzrə xüsusi nümayəndəsi olub və bu vəzifəsi daxilində dəfələrlə Azərbaycana səfər edib.

Britaniya The Telegraph nəşri 2012-ci ildə yazıb ki, "hersoq Azərbaycana o qədər tez-tez səfər edir ki, yerli media onun regionda biznes əlaqələri, o cümlədən Xəzər dənizi sahilində qolf kurortuna sahib olmasına dair spekulyasiyalar edib. Buckingham sarayı bu iddiaları rədd edib".

Məqalədə həmçinin deyilir ki, həmin dövrdə şahzadə Azərbaycan Prezidentini beş ildə səkkiz dəfə ziyarət edib. Səfərlərdən ikisi "tam özəl" kimi təsvir olunur.

The Telegraph nəşri onu da bildirib ki, keçmiş şahzadə 2009-cu ilin iyununda özəl təyyarə ilə üç günlük Azərbaycana uçub və bu səfər Britaniya vergiödəyicilərinə 60 min funt sterlinqə başa gəlib.

Bu məlumatların yayıldığı vaxt, Saray sözçüsü onun Azərbaycan Prezidenti İlham Əliyevlə hələ də yaxın münasibətlərinin olub-olmamasına dair sualına belə cavab verib. "Şahzadə Azərbaycana bir müddətdir ki, getmir".

Britaniya mətbuatı Prezident İlham Əliyevi Andrew ilə "dostlar" adlandırıblar.